"Beşiktaş" fransalı baş məşqçi ilə müqavilə imzalayıb

Futbol
  • 25 mart, 2022
  • 12:35
Beşiktaş fransalı baş məşqçi ilə müqavilə imzalayıb

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda fransalı Valeryen İsmaelə tapşırılıb.

47 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Öndər Karavelini əvəzləyib. Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.

44 - Tezliklə