"Beşiktaş" Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib

"Beşiktaş" Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib Türkiyənin Beşiktaş klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb.
Futbol
274
21 Avqust , 2019 12:41
Beşiktaş Ermənistan millisinin futbolçusu ilə müqaviləni ləğv edib

Türkiyənin "Beşiktaş" klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə yollarını ayırıb. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstanbul təmsilçisi oyunçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, "Beşiktaş" Özbilizi 2016-cı ildə Rusiya "Spartak"ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya "Rayo Valyekano"suna, Moldova "Şerif"inə və Hollandiyanın "Villem II" kollektivinə icarəyə verib. Özbiliz "ağ-qaralar"ın heyətində 6 matçda meydana çıxıb. 

Son xəbərlər

Orphus sistemi