"Beşiktaş"dan səfər, "Qalatasaray"dan ev qələbəsi

"Beşiktaş"dan səfər, "Qalatasaray"dan ev qələbəsi Çempionluğa iddialılar turu qələbə ilə başa vurublar.
Futbol
28 Aprel , 2021 23:39
Beşiktaşdan səfər, Qalatasaraydan ev qələbəsi

Futbol üzrə Türkiyə Super Liqasında XXXVIII turun oyunları keçirilir.

"Report"un məlumatına görə, çempionluğa iddialılardan "Beşiktaş" və "Qalatasaray" turu qələbə ilə başa vurublar.

"Qara qartal" səfərdə "Rizespor"u 3:2 hesabı ilə məğlub edib. Matçda hesabı 16-cı dəqiqədə Jorj-Kevin N Kudu açıb. 57-ci dəqiqədə Gökhan Töre fərqi 2 topa çatdırıb. 75-ci dəqiqədə Raşid Gezzal 3-cü topu rəqibin qapısından keçirib. 87-ci dəqiqədə meydan sahibləri İmayıl Köybaşının qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. 89-cu dəqiqədə Damyan Cokoviç fərqi minimuma endirsə də, Qaradəniz təmsilçisinin bundan artığına gücü çatmayıb. Bu qələbədən sonra xallarını 78-ə çatdıran "Beşiktaş" zirvədəki yerini qoruyub. "Rizespor" isə 42 xalla 12-ci sırada qalıb.

"Qalatasaray" isə evdə "Konyaspor"a minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Emre Akbaba vurub. İstanbul təmsilçisi bu qələbə ilə xallarını 72-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. "Konyaspor" isə 42 xalla 13-cü sırada qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi