"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir itki ilə üzləşib

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir itki ilə üzləşib Türkiyənin "Beşiktaş" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Almaniyanın "Borussiya" (Dortmund) komandasına qarşı oyundan əvvəl daha bir itki ilə üzləşib.
Futbol
15 Sentyabr , 2021 13:14
Beşiktaş  Borussiya ilə oyundan əvvəl daha bir itki ilə üzləşib

Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl daha bir itki ilə üzləşib.

"Report" İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Kevin N Kudu zədə səbəbindən qarşılaşmanın heyətindən çıxarılıb.

26 yaşlı fransalı vinger ayağındakı ağrılar ucbatından bugünkü matçı buraxacaq. Daha əvvəl xorvatiyalı müdafiəçi Domaqoy Vidanın eyni səbəbdən oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, "Beşiktaş" - "Borussiya" (Dortmund) görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi