"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borusiyya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.
Futbol
1937
6 Dekabr , 2021 13:47
Beşiktaş Borussiya ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib

Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq.

31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi