​"Beşiktaş" azarkeşləri yeni rekorda imza atıb

​"Beşiktaş" azarkeşləri yeni rekorda imza atıb Atatürk Olimpiya Stadionunda keçirilən matçı 63 324 azarkeş izləyib
Futbol
128
27 Fevral , 2015 09:38
​Beşiktaş azarkeşləri yeni rekorda imza atıb

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri UEFA-nın yeni rekorduna imza atıb. "Report"un məlumatına görə, Atatürk Olimpiya Stadionunda keçirilən "Liverpul"la matçı 63 324 azarkeş izləyib.

Bu isə UEFA Avropa Liqası tarixinin ən çox azarkeş sayıdır.

Qeyd edək ki, İngiltərədə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan görüşün cavab qarşılaşmasında "Beşiktaş" qalib gəlib - 1:0. Ümumi hesab bərabər olduğundan, əlavə vaxt oynanılıb. Lakin nəticə dəyişmədiyindən, komandalar penalti zərbələri yerinə yetiriblər. Yekunda "qara qartallar" 5:4 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son xəbərlər

Orphus sistemi