"Beşiktaş" avrokubok matçında 12 futbolçunun xidmətindən yararlana bilməyəcək

"Beşiktaş" avrokubok matçında 12 futbolçunun xidmətindən yararlana bilməyəcək "Luqano" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq
Futbol
13 Dekabr , 2023 15:30
Beşiktaş avrokubok matçında 12 futbolçunun xidmətindən yararlana bilməyəcək

Türkiyənin "Beşiktaş" klubu İsveçrədə "Luqano"ya qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turundan əvvəl problemlə üzləşib.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın bir neçə futbolçusu bu qarşılaşmada iştirak etməyəcək.

Qapıçı Mert Günok, müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Jedson Fernandeş zədə səbəbindən, zəhərlənən hücumçu Ante Rebiç, bərpa prosesi davam edən müdafiəçi Artur Masuaku, vinger Milot Raşitsa və Yakup Arda Kılıç matçı buraxacaqlar.

Digər yarımmüdafiəçi Necip Uysalın durumuna isə oyun günü aydınlıq gələcək.

Beşiktaş daha əvvəl Vensan Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Gezzal və Jan Onananı zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən uzaqlaşdırıb.

Qeyd edək ki, dekabrın 14-də reallaşacaq "Luqano" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki komanda əvvəlki turlarda mərhələ adlamaq şanslarını itiriblər.

Son xəbərlər

Orphus sistemi