"Beşiktaş" Abdullah Avcıya təzminat ödənişini dayandırdı

"Beşiktaş" Abdullah Avcıya təzminat ödənişini dayandırdı Türkiyənin Beşiktaş klubu təzminat verdiyi sabiq baş məşqçisi Abdullah Avcının ödəmələrini dondurub.
Futbol
16 Aprel , 2020 10:58
Beşiktaş Abdullah Avcıya təzminat ödənişini dayandırdı

Türkiyənin "Beşiktaş" klubu təzminat verdiyi sabiq baş məşqçisi Abdullah Avcının ödəmələrini dondurub. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi çempionat dayandırıldığı üçün bu addımı atıb. 

"Qara qartallar" 57 yaşlı mütəxəssisə ödənişin Superliqa başladıqdan sonra həyata keçiriləcəyini bildirib. 

Hazırda Avcı menecerlər vasitəsi ilə Çili təmsilçisi "Kolo Kolo" ilə danışıqlar aparır. O həm də Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizədlərdən sayılır. Təcrübəli mütəxəssis hər hansı komanda ilə razılığa gəlsə, "Beşiktaş"ın ona ödənişləri tamamilə dayandırılacaq. 

Qeyd edək ki, Abdullah Avcı karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub. O, "Beşiktaş"ı yanvarın 24-də tərk edib. 

Son xəbərlər

Orphus sistemi