“Beşiktaş”a texniki məğlubiyyət verilib

“Beşiktaş”a texniki məğlubiyyət verilib Bakı. 5 may. REPORT.AZ/ Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi “Fənərbaxça” ilə oyuna çıxmayan “Beşiktaş” futbol klubuna 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.
Futbol
5 May , 2018 13:41
“Beşiktaş”a texniki məğlubiyyət verilib

Bakı. 5 may. REPORT.AZ/ Türkiyə Peşəkar Futbol üzrə Nizam-İntizam Komitəsi “Fənərbaxça” ilə oyuna çıxmayan “Beşiktaş” futbol klubuna 3:0 texniki məğlubiyyət verilməsinə dair qərar qəbul edib.

“Report” xəbər verir ki, Komitənin qərarına əsasən, gələn il “Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.

Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi. 

Son xəbərlər

Orphus sistemi