"Beşiktaş" 39 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

Futbol
  • 03 iyul, 2022
  • 09:17
Beşiktaş 39 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

Türkiyə "Beşiktaş"ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 240 matçda 22 qol vurub.

44 filmi