Bernardu Silva: "Hamı Azərbaycanla matçda fərqli nəticə gözləyirdi"

Bernardu Silva: "Hamı Azərbaycanla matçda fərqli nəticə gözləyirdi" "Rəqib fiziki cəhətdən güclü komandadır"
Futbol
27 Mart , 2021 10:24
Bernardu Silva: Hamı Azərbaycanla matçda fərqli nəticə gözləyirdi

"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Bernardu Silva Serbiya seçməsinə qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

İngiltərənin "Mançester Siti" klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi hər görüşdə məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: "Portuqaliyalılar Azərbaycanla matçda fərqli nəticə gözləyirdi. Əsas qələbə qazanmaqdır. Həmin qarşılaşmada qapıya kifayət qədər zərbə vurduq, lakin rəqibi 1:0 hesabı ilə üstələdik".

Qeyd edək ki, bu gün keçiriləcək Serbiya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi