Berlin "Dinamo"sunun baş məşqçisi Azərbaycan millisinin "Ayntraxt"dan qovulan futbolçusunu tərifləyib

Berlin "Dinamo"sunun baş məşqçisi Azərbaycan millisinin "Ayntraxt"dan qovulan futbolçusunu tərifləyib “O, sadə, vicdanlı və xeyirxah insan təsiri bağışlayır”
Futbol
29 Mart , 2018 10:03
Berlin Dinamosunun baş məşqçisi Azərbaycan millisinin Ayntraxtdan qovulan futbolçusunu tərifləyib

Bakı. 29 mart. REPORT.AZ/ “Renat yaşına görə çox yüksək keyfiyyətlərə malik futbolçudur”.

“Report” xəbər verir ki, bunu berliner-kurier.de saytına açıqlamasında Almaniyanın “Dinamo” (Berlin) klubunun baş məşqçisi Rene Ridleviç Azərbaycan millisinin futbolçusu Renat Dadaşov barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, 18 yaşlı hücumçu onda yaxşı təəssürat oyadıb: “O, sadə, vicdanlı və xeyirxah insan təsiri bağışlayır”.

Qeyd edək ki, Bundesliqa təmsilçisi “Ayntraxt”ın heyətindən kənarlaşdırdığı Renat hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt klubunun düşərgəsində yer alıb. O, fiziki formasının qorumaq üçün “Dinamo”nun məşqlərinə qatılır.

U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılan 18 yaşlı hücumçunun meneceri Kostas Spanudakis bildirib ki, yığma üzvünə Almaniya və xaricdən bir neçə təklif gəlib. 

Son xəbərlər

Orphus sistemi