Portuqaliyanın "Benfika" klubu rəsmi tvitter səhifəsinin adını müvəqqəti olaraq dəyişib.
"Report" xəbər verir ki, Lissabon təmsilçisi bu addımı Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Çempionlar Liqasının cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçukun şərəfinə atıb.
Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı forvardın fotosunu yayımlamağı tələb ediblər. Bu isə sonda səhifənin adının dəyişdirilməsi ilə nəticələnib. Hazırda "Benfika"nın tvitter səhifəsi "Benfikaçuk" adlanır.
Qeyd edək ki, görüş portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.