"Benfika" sabiq baş məşqçisi ilə razılıq əldə etdi

"Benfika" sabiq baş məşqçisi ilə razılıq əldə etdi Braziliyanın "Flamenqo" komandasına rəhbərlik edənJorji Jezuş Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi olacaq.
Futbol
18 İyul , 2020 10:12
Benfika sabiq baş məşqçisi ilə razılıq əldə etdi

Braziliyanın "Flamenqo" komandasına rəhbərlik edən Jorji Jezuş Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi olacaq. 

"Report" Lisssabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis klubun təklifini qəbul edib. 

Portuqaliyalı baş məşqçinin hazırkı komandası ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Jezuş sözləşmənin vaxtından əvvəl ləğv olunması barədə danışıqlar aparır.

O, artıq yeni komandası ilə razılığa gəlib, lakin müqavilənin detalları hələ ki, açıqlanmayıb. 

Qeyd edək ki, Jorji Jezuş 2009 - 2015-ci illərdə "Benfika"ya rəhbərlik edib. O, komanda ilə 3 dəfə ölkə çempionluğunun, bir dəfə isə kubokunun qalibi olub. 

Son xəbərlər

Orphus sistemi