"Benfika" klubunda kütləvi yoluxma qeydə alınıb

"Benfika" klubunda kütləvi yoluxma qeydə alınıb Portuqaliyanın "Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Futbol
19 Yanvar , 2021 15:32
Benfika klubunda kütləvi yoluxma qeydə alınıb

Portuqaliyanın "Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da götürülmüş testlərdən 17-si müsbət çıxıb.

İnfeksiyaya yoluxanlardan neçəsinin futbolçu olduğu açıqlanmır. Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, "Benfika" ölkə çempionatında 3-cü pillədə qərarlaşıb. Avropa Liqasında pley-offa yüksələn komanda bu mərhələdə İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi