Belçikalı futbolçu "Tottenhem"dən ayrıldı

Belçikalı futbolçu "Tottenhem"dən ayrıldı İngiltərənin "Tottenhem" klubu ilə müqaviləi başa çatan belçikalı futbolçu Yan Vertongen komandanı tərk edib.
Futbol
27 İyul , 2020 14:16
Belçikalı futbolçu Tottenhemdən ayrıldı

İngiltərə "Tottenhem"i ilə müqaviləi başa çatan futbolçu Yan Vertongen komandanı tərk edib.

"Report" xəbər verir ki, bu barədə, 33 yaşlı müdafiəçi şəxsi "Twitter" səhifəsində məlumat paylaşıb.

London klubundakı vaxtının başa çatdığını bildirən belçikalı oyunçu komanda yoldaşları, ev oyunlarını keçirdikləri stadion və azarkeşlər üçün darıxacağını qeyd edib.

Qeyd edək ki, 2012-ci ilin yayında Niderland "Ayaks"ından 12,5 milyon avroya "Tottenhem"ə transfer olunan Vertongen bu komandanın heyətində 315 oyun keçirib. 27 qol vuran futbolçu 12 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi