Belaruslu futbolçu: "Qarabağ"la oyunda yaratdığımız qol epizodlarını reallaşdırmalı idik"

Belaruslu futbolçu: "Qarabağ"la oyunda yaratdığımız qol epizodlarını reallaşdırmalı idik" Bakı. 15 avqust. REPORT.AZ/ “Nəticədən razıyam. Qələbə üçün bizə bir qol çatmadı. Hərçənd, yaratdığımız qol epizodlarını reallaşdırmalı idik. Bununla belə, növbəti mərhələyə yüksəldik və mövsüm üçün tapşırıqlardan birini yerinə yetirdik”.
Futbol
15 Avqust , 2018 12:36
Belaruslu futbolçu: Qarabağla oyunda yaratdığımız qol epizodlarını reallaşdırmalı idik

Bakı. 15 avqust. REPORT.AZ/ “Nəticədən razıyam. Qələbə üçün bizə bir qol çatmadı. Hərçənd, yaratdığımız qol epizodlarını reallaşdırmalı idik. Bununla belə, növbəti mərhələyə yüksəldik və mövsüm üçün tapşırıqlardan birini yerinə yetirdik”.

“Report” “Pressbol”a istinadən xəbər verir ki, bunu Belarusun BATE komandasının futbolçusu Yevgeni Yablonski “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab matçından sonra deyib.

Bakıda bir cavabsız qolla qalib gəldiyi üçün pley-offa vəsiqə qazanan Borisov təmsilçinin 23 yaşlı müdafiəçisi azarkeşlərə minnətdarlıq edib. O, ÇL-də bütün görüşlərin çətin keçdiyini söyləyib: “Azarkeşlər bizə əlavə güc verirdi. Dəstəyə görə hamısına təşəkkür edirəm. Onlar layiq olduqları bu qələbəni uzun müddətdir gözləyirdilər. “Qarabağ”a, yoxsa II təsnifat mərhələsində məğlub etdiyimiz Finlandiya HİK-inə qarşı oynamağın daha çətin olduğunu deyə bilmərəm. Seçim etmək çətindir – tamamilə fərqli oyunlar oldu. Finlandiyalılarla da çətin idi. Xüsusən də səfərdə. Prinsipcə, ÇL-də asan oyun olmur”.

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək. Ağdam təmsilçisi pley-offda “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi