Belarus millisini Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı

Belarus millisini Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı Kondratyev ötən gün istefa vermiş Mixail Marxeli əvəzləyib
Futbol
6 Aprel , 2021 13:03
Belarus millisini Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
Georgi Kondratyev

Futbol üzrə Belarus millisinin yeni baş məşqçisi açıqlanıb.

"Report"un məlumatına görə, komanda Georgi Kondratyevə tapşırılıb.

61 yaşlı mütəxəssis yığmaya iyundakı yoldaşlıq görüşlərində rəhbərlik edəcək. Belarus seçməsi iyunun 2-də Azərbaycanla, iyunun 7-də isə Sierra Leone ilə üz-üzə gələcək. Hər iki görüş Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, Georgi Kondratyev ötən gün istefa vermiş Mixail Marxeli əvəzləyib. Kondratyev 2011 - 2014-cü illərdə də Belarus millisinin baş məşqçisi olub. O, Mixail Marxelin köməkçisi olub.

Son xəbərlər

Orphus sistemi