Belarus klubunun qapıçısı maliyyə problemləri üzündən butslarını satışa çıxarıb

Belarus klubunun qapıçısı maliyyə problemləri üzündən butslarını satışa çıxarıb O, ayaqqabısına 25 dollar qiymət qoyub
Futbol
5 Noyabr , 2016 09:40
Belarus klubunun qapıçısı maliyyə problemləri üzündən butslarını satışa çıxarıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Belarusun "Naftan" futbol komandasının qapıçısı İqor Dovqyallo öz butslarını satışa çıxarıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a 31 yaşlı qolkiperin özü açıqlama verib. Dovqyallo komandanın maliyyə problemlərinə diqqətin cəlb olunması üçün belə qərara gəldiyini bildirib. O, butslarına 50 Belarus rublu (təqribən 25 dollar) qiymət qoyub. "Əlbəttə, artıq pul mane olmur. Amma bu addım daha çox klubun maliyyə problemlərinə diqqət çəkmək üçün atılıb" deyə təcrübəli qapıçı bildirib.

Uzun müddətdir maliyyə problemləri yaşayan "Naftan"ı ötən yay baş məşqçi Valeri Skripeykis tərk edib. Sona 3 tur qalmış bu komanda Belarus çempionatında 14-cü pillədə qərarlaşıb. Dovqyallo isə Novopolotsk komandasında 2012-ci ildən çıxış edir.

Qeyd edək ki, hazırda "Naftan"da 2009-cu ilin yayında "Neftçi"də baxışda olan, amma müqaviləni artıq fəaliyyətini dayandırmış "Simurq"la bağlayan və bir mövsüm Zaqatala komandasının formasını geyinən yarımmüdafiəçi Ruslan Qunçak da çıxış edir.

Son xəbərlər

Orphus sistemi