Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovulub

Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovulub Belarus Futbol Federasiyasının (ABFF) sədri Vladimir Bazanov və həyat yoldaşı Çexiyadan qovulublar
Futbol
1 Dekabr , 2021 14:17
Belarus Futbol Federasiyasının sədri Çexiyadan qovulub
Vladimir Bazanov

Belarus Futbol Federasiyasının (ABFF) sədri Vladimir Bazanov və həyat yoldaşı Çexiyadan qovulublar.

"Report"un məlumatına görə, buna onların epidemiya əleyhinə tədbirləri pozmaları səbəb olub.

Qeyd edək ki, Vladimir Bazanov ötən gün xanımı ilə birlikdə ölkəyə giriş icazəsi olmadığı üçün saxlanılıb. Federasiya rəhbəri qadınlardan ibarət yığmanın oyunu üçün Çexiyaya səfər edib. Qarşılaşma koronavirusa görə təxirə salınıb.

Bazanov 2019-cu ildən federasiyaya rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi