Belarus çempionatının oyunu prezident seçkisinə görə təxirə salındı

Belarus çempionatının oyunu prezident seçkisinə görə təxirə salındı Belarus çempionatının XXI turunda bu günə nəzərdə tutulan "Dinamo" (Minsk)- "Smoleviç" oyunu təxirə salınıb.
Futbol
7 Avqust , 2020 18:51
Belarus çempionatının oyunu prezident seçkisinə görə təxirə salındı

Belarus çempionatında XXI turun bu günə nəzərdə tutulan "Dinamo" (Minsk) - "Smoleviç" oyunu təxirə salınıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb ölkədə 2 gün sonra keçiriləcək prezident seçkiləridir.

Qarşılaşma avqustun 14-də oynanılacaq. Əvəzində isə "Dinamo"nun Belarus Kubokunun 1/16 final mərhələsində "Krumkaçı" ilə həmin tarixdəki matçı təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi