BƏƏ klubu millimizin futbolçusu ilə yollarını ayırır

BƏƏ klubu millimizin futbolçusu ilə yollarını ayırır Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baniyas klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.
Futbol
330
26 May , 2020 13:35
BƏƏ klubu millimizin futbolçusu ilə yollarını ayırır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, Abu-Dabi təmsilçisi Braziliya əsilli yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək.

31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.

Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.

Orphus sistemi