Azərbaycan milli komandasında daha bir futbolçu itkisi baş verib

Azərbaycan milli komandasında daha bir futbolçu itkisi baş verib Müdafiəçi zədələndiyi toplanışda iştirakını dayandırmalı olub
Futbol
102
29 Avqust , 2016 10:39
Azərbaycan milli komandasında daha bir futbolçu itkisi baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Bədavi Hüseynov zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

"Qarabağ"ın futbolçusu 2018-ci il dünya çempionatının seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Qeyd edək ki, daha öncə Bakı "İnter"inin müdafiəçisi Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olub.

Son xəbərlər

Orphus sistemi