"Bazel"in prezidenti: "Qarabağ"la matç finala bərabər olacaq"

"Bazel"in prezidenti: "Qarabağ"la matç finala bərabər olacaq" "Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar".
Futbol
1 Dekabr , 2021 10:17
Bazelin prezidenti: Qarabağla matç finala bərabər olacaq
Reto Baumqartner

"Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi İsveçrə "Bazel"inin prezidenti Reto Baumqartner "Telebasel"ə açıqlamasında deyib.

54 yaşlı funksioner avrokubokdakı uğurlu çıxışı baş məşqçi Patrik Rahmenlə əlaqələndirib: "Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi çox iddialıdır. Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq. İlin sonunadək çempionatda dörd, UEFA Konfrans Liqasında isə “Qarabağ”a qarşı final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi