"Bazel"in sahibi: "Uzun səfərlərdən məmnun deyiləm"

"Bazel"in sahibi: "Uzun səfərlərdən məmnun deyiləm" "Bazel" həmişə beynəlxalq arenada oynamalıdır".
Futbol
996
31 Avqust , 2021 10:13
Bazelin sahibi: Uzun səfərlərdən məmnun deyiləm
David Degen

"Klubumuz həmişə beynəlxalq arenada oynamalıdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"inin sahibi David Degen yerli mətbuata açıqlamasında deyib.

38 yaşlı keçmiş futbolçu qrupdakı rəqiblərin onlar üçün qənaətbəxş olduğunu bildirib: "Uzun səfərlərdən məmnun deyiləm. Rəqiblərdən isə razıyam. Sadəcə, onları məğlub etməliyik".

Qeyd edək ki, "Bazel" ilk görüşünü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a qarşı keçirəcək. H qrupunda Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" komandaları da yer alıb.

Son xəbərlər

Orphus sistemi