"Bazel"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Bazel"in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq İsveçrə "Bazel"i evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyununa iki itki ilə çıxacaq.
Futbol
8 Dekabr , 2021 10:06
Bazelin iki futbolçusu Qarabağla oyunu buraxacaq

İsveçrə "Bazel"i evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyununa iki itki ilə çıxacaq.

"Report"un "Sportskeeda" nəşrinə istinadən məlumatına görə, Patrik Rahmenin baş məşqçi olduğu komanda zədəli durumda olan Andrea Padula və Sebastyano Espozitonun xidmətlərindən yararlana bilməyəcək.

Azərbaycan təmsilçisində isə Bədavi Hüseynovla Xayme Romeronun eyni səbəbdən görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi