"Bazel"in hücumçusu ilə "Barselona" maraqlanır

"Bazel"in hücumçusu ilə "Barselona" maraqlanır İsveçrənin "Bazel" klubunun futbolçusu Artur Kabral İspaniya "Barselona"sının maraq dairəsinə düşüb
Futbol
19 Noyabr , 2021 15:32
Bazelin hücumçusu ilə Barselona maraqlanır
Artur Kabral

İsveçrənin "Bazel" klubunun futbolçusu Artur Kabral İspaniya "Barselona"sının maraq dairəsinə düşüb.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçunun çıxışı ilə bağlı bir neçə hesabat alıb.

Braziliyalı forvardın namizədliyi klubun sabiq futbolçusu və hazırda skautu olan Deku təsdiqləyib.

Habelə bildirilir ki, "Barselona" Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər. Lakin transfer kataloniyalılar hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda baş tutacaq.

Qeyd edək ki, "Bazel" "Qarabağ"la birlikdə UEFA Konfrans Liqasının H qrupunda mübarizə aparır. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Artur Kabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. O, təsnifat mərhələləri daxil olmaqla, cari mövsüm UEFA Konfrans Liqasında 10 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi