"Bazel"in futbolçusu: "Qarabağ"ı yetərincə analiz etmişik"

"Bazel"in futbolçusu: "Qarabağ"ı yetərincə analiz etmişik" "Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik".
Futbol
15 Sentyabr , 2021 20:11
Bazelin futbolçusu: Qarabağı yetərincə analiz etmişik

"Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik".

"Report"un məlumatına görə, bu fikirləri İsveçrə "Bazel"inin futbolçusu Eray Cömert Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi