"Bazel"in baş məşqçisi: "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm"

"Bazel"in baş məşqçisi: "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm" "Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalıydıq. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək".
Futbol
1860
8 Noyabr , 2021 09:01
Bazelin baş məşqçisi: Qarabağın daha çox xal itirəcəyini düşünmürəm
Patrik Rahmen

"Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək".

"Report"un məlumatına görə, bunu İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.

52 yaşlı mütəxəssis V turda "Kayrat"la Qazaxıstandakı görüşdə 3 xala ehtiyaclarının olduğunu bildirib: "Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".

Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

V turda "Omoniya"nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu - VI turda "Bazel"in qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi