"Bavariya" yayda türkiyəli futbolçunu heyətinə qatmağa çalışacaq
Futbol
- 25 fevral, 2025
- 15:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində İspaniya təmsilçisi "Real"da çıxış edən Arda Güləri heyətinə qatmağa çalışacaq.
"Report" "Fichajes"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 20 yaşlı oyunçunu yarımmüdafiə üçün əsas prioritet hesab edir.
Türkiyə millisinin üzvü Madrid klubunda az forma şansı əldə etdiyi üçün narazıdır. Paytaxt təmsilçisi uyğun təklif olacağı halda, onun satılacağını istisna etmir. "Real"ın istedadlı futbolçunu təxminən 50 milyon avroya buraxmağa hazır olacağı gözlənilir.
Qeyd edək ki, Arda Gülər cari mövsüm İspaniya nəhənginin heyətində meydanda olduğu 967 dəqiqə ərzində 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərdi
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr