"Bavariya" səfərdə qalib gəldi, "Maynts" heç-heçə etdi - VİDEO

"Bavariya" səfərdə qalib gəldi, "Maynts" heç-heçə etdi - VİDEO Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları keçirilib.
Futbol
17 May , 2020 21:55
Bavariya səfərdə qalib gəldi, Maynts heç-heçə etdi - VİDEO

Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, lider "Bavariya" Berlində "Union"la qarşılaşıb. "An der Alten Försteray" stadionunda təşkil olunmuş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 40-cı dəqiqədə penaltidən Robert Levandovski açıb. Bu, polşalı hücumçunun mövsümdə 40-cı qolu olub. O, Bundesliqada 26-cı dəfə fərqlənərək, bombardirlər siyahısında liderliyini inamla davam etdirib.

Matçda yekun nöqtəni isə 80-ci dəqiqədə Benjamin Pavar qoyub.

Günün digər oyununda "Köln" "Maynts"la məhsuldar heç-heçə edib - 2:2.

Bu nəticələrdən sonra "Bavariya" xallarını 58-ə çatdırıb və ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə yüksəldib. "Köln" 33 xalla 10-cu, "Union" 30 xalla 12-ci, "Maynts" 27 xalla 15-cidir.

Qeyd edək ki, tura mayın 18-də "Verder" - "Bayer" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi