Almaniyanın “Bavariya” klubunun rəhbərliyi İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi postundan istefaya göndərilən Maurisio Poçettinonun nümayəndəsi ilə görüşüb.
“Report” “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və idman direktoru Hasan Salihamiciç Covanni Brançini ilə danışıq aparıblar.
Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Poçettino isə ayın 20-də anoloji səbəbdən “Tottenhem”dən göndərilib. Münhenlilər Bundesliqada 11 turdan sonra 21 xalla 3-cü pillədədirlər.