"Bavariya"nın yeni baş məşqçisi müəyyənləşib

"Bavariya"nın yeni baş məşqçisi müəyyənləşib Bakı. 13 aprel. REPORT.AZ/ Almaniyanın Ayntraxt komandasının baş məşqçisi Niko Kovaç cari mövsüm yekunlaşdıqdan sonra Bavariyanın sükanı arxasına keçəcək.
Futbol
379
13 Aprel , 2018 00:58
Bavariyanın yeni baş məşqçisi müəyyənləşib

Bakı. 13 aprel. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" komandasının baş məşqçisi Niko Kovaç cari mövsüm yekunlaşdıqdan sonra "Bavariya"nın sükanı arxasına keçəcək.

"Report"un "Bild" nəşrinə istinadən verdiyi xəbərə görə, Münhen klubunun rəhbərliyi xorvatiyalı mütəxəssisin namizədliyi üzərində dayanmağa dair yekun qərar qəbul edib.

"Bavariya" onu Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxeli dəvət etmək cəhdinin uğursuzluğa düçar olmasından sonra hədəfə alıb. Kovaç "Bavariya"nın idman direktoru Həsən Salihamiciçlə yaxşı tanışdır. Onlar 2001 - 2003-cü illərdə birgə çıxış ediblər. Digər tərəfdən, 47 yaşlı mütəxəssisin müqaviləsində belə bir bənd var ki, Münhen klubundan təklif gələcəyi təqdirdə, o, "Ayntraxt"ı tərk edə bilər.

Hazırkı baş məşqçi Yupp Haynkes mövsümün sonunda Almaniyanın ən titullu klubu ilə yollarını ayıracaq.

Son xəbərlər

Orphus sistemi