"Bavariya"nın qapıçısı Oliver Kanın rekordunu qırıb

"Bavariya"nın qapıçısı Oliver Kanın rekordunu qırıb Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.
Futbol
20 Mart , 2022 09:00
Bavariyanın qapıçısı Oliver Kanın rekordunu qırıb
Manuel Noyer

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 36 yaşlı qolkiper buna Bundesliqanın XXVII turunda evdə "Union Berlin" komandasına 4:0 hesabı qalib gəldikləri görüşdə yiyələnib.

O, yerli çempionatda 311-ci qələbəsini qazanıb və Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Bu nəticəni əldə etmək üçün Noyerə 460, Kana isə 557 qarşılaşma lazım olub.

Qeyd edək ki, Manuel Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bavariya"ya 2011-ci ildə "Şalke"dən keçib.

Son xəbərlər

Orphus sistemi