"Bavariya"nın futbolçusu sürət rekordunu qırdı
Futbol
- 17 iyun, 2020
- 06:03
Alfonso Devis
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubunun futbolçusu Alfonso Devis Bundesliqanın XXXII turunda "Verder"i 1:0 hesabı ilə məğlub etdikləri matçda sürət rekordunu qırıb.
"Report" "Bleacher Report"a istinadən xəbər verir ki, 20 yaşlı kanadalı cinah müdafiəçisi saatda 36,51 km sürətlə qaçıb. Bundan əvvəl Almaniya çempionatında ən sürətli oyunçu saatda 36.41 km nəticə göstərən Əşrəf Hakimi sayılırdı.
Qeyd edək ki, "Bavariya" səfər qələbəsi sayəsində Almaniya Bundesliqasının qalibi olub. Alfonso Devis bu mövsüm Münhen təmsilçisi ilə 37 matçda meydanda olub, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
07:00
EBRD Azərbaycanda gənc sahibkarların kreditə olan potensial tələbatını 1,5 milyard dollar dəyərində qiymətləndirib
Maliyyə
06:29
Almaniyada "Yaşıllar" Partiyasının ofisinə hücum olub, üç nəfər yaralanıb
Digər ölkələr
05:52
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib
Digər ölkələr
05:06
WP: FTB rəhbərinin müavini istefa verəcək
Digər ölkələr
04:38
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
Digər ölkələr
04:25
Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
Region
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr