"Bavariya"nın futbolçusu mövsümü başa vurdu, AVRO-2020-ni də buraxır

"Bavariya"nın futbolçusu mövsümü başa vurdu, AVRO-2020-ni də buraxır Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir
Futbol
19 Fevral , 2021 15:53
Bavariyanın futbolçusu mövsümü başa vurdu, AVRO-2020-ni də buraxır
Korentin Tolisso

Almaniyanın "Bavariya" klubunun və Fransa millisinin futbolçusu Korentin Tolisso zədələnib.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə bud nahiyəsindən xəsarət alıb.

Fransalı oyunçu bu gün əməliyyat olunub. Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

Beləliklə, Tolisso, demək olar ki, mövsümün qalan hissəsində oynamayacaq. Onun Fransa yığması ilə Avropa çempionatında iştirakı da sual altına düşüb.

Qeyd edək ki, Korentin Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi