"Bavariya"nın futbolçusu koronavirusdan sağaldı

"Bavariya"nın futbolçusu koronavirusdan sağaldı 25 yaşlı oyunçu bu gün komanda ilə birlikdə hazırlıqda iştirak edib
Futbol
9 Mart , 2021 20:58
Bavariyanın futbolçusu koronavirusdan sağaldı
Benjamen Pavar

Almaniya "Bavariya"sının futbolçusu Benjamen Pavar koronavirusdan sağalıb.

"Report" klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, fransalı müdafiəçi artıq məşqlərə başlayıb.

25 yaşlı oyunçu bu gün komanda ilə birlikdə hazırlıqda iştirak edib. Onun "Verder"lə qarşıdakı çempionat matçında iştirak edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Benjamen Pavar fevralın 18-də koronavirusa yoluxmuşdu.

Son xəbərlər

Orphus sistemi