Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller koronavirusa yoluxduğu vaxt iki həftəlik karantin dövrünü evinin zirzəmisində keçirib.
"Report"un məlumatına görə, bu barədə 32 yaşlı hücumçu "France Presse" agentliyinə açıqlama verib.
Almaniyalı oyunçu həyat yoldaşını infeksiyadan qorumaq üçün bu addımı atdığını bildirib. Təcrübəli futbolçu həmin ərəfədə heç kiminlə yaxın əlaqədə olmadığını söyləyib.
Qeyd edək ki, Tomas Müller yanvarda klublararası dünya çempionatının Meksika "Tiqres"i ilə final matçından öncə virusa yoluxmuşdu.