"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etdi

"Bavariya"nın futbolçuları maaşlarının 20 faizindən imtina etdi Almaniya “Bavariya”sının futbolçuları koronavirusa görə kluba kömək etmək üçün maaşlarının 20 faizindən imtina edəcəklər.
Futbol
130
3 Aprel , 2020 10:42
Bavariyanın futbolçuları maaşlarının 20 faizindən imtina etdi

Almaniya “Bavariya”sının futbolçuları koronavirusa görə kluba kömək etmək üçün maaşlarının 20 faizindən imtina edəcəklər.

“Report”un məlumatına görə, bu barədə Münhen təmsilçisinin İdarə Heyətinin üzvü Oliver Kan klubun rəsmi saytına açıqlama verib.

50 yaşlı sabiq qapıçı oyunçularla yanaşı, məşqçilərin, İdarə Heyəti və Müşahidə Şurası üzvlərinin məvaciblərinin 20 faizindən imtina etdiklərini vurğulayıb. Kan bildirib ki, bu gün həmrəylik hər zamankından daha vacibdir.

Qeyd edək ki, daha öncə İspaniyanın “Atletiko” və “Barselona” klubları maaşların 70 faiz azaldıdığını açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi