"Bavariya" Nagelsmanla anlaşdı

"Bavariya" Nagelsmanla anlaşdı Hans-Diter Flikin Almaniya millisinin sükanı arxasına keçəcəyi gözlənilir
Futbol
26 Aprel , 2021 16:09
Bavariya Nagelsmanla anlaşdı
Yulian Nagelsman

Almaniya "Bavariya"sı "Leyptsiq"in baş məşqçisi Yulian Nagelsmanla anlaşıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşrinin müxbiri Kristian Falk özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Münhen təmsilçisinin hazırkı baş məşqçisi Hans-Diter Fliki növbəti mövsümdən 34 yaşlı mütəxəssis əvəzləyəcək.

"Kicker" nəşri isə yazıb ki, Nagelsman "Leyptsiq" rəhbərliyinə müraciət edərək, müqaviləsinə xitam verilməsini xahiş edib.

Hans-Diter Flikin Almaniya millisinin sükanı arxasına keçəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi