"Bavariya" klubu Müller və Noyerlə yolları ayırmağı planlaşdırır
Futbol
- 12 iyun, 2024
- 05:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubu 2025-ci ildə Tomas Müller və Manuel Noyerlə yolları ayırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Həm qapıçı, həm də yarımmüdafiəçinin Münxen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Rəhbərlik anlaşmanı yeniləmək niyyətində deyil.
"Bavariya" klubunun rəhbərliyi mövsümə 20 milyon avro qazanan futbolçuları göndərməklə maliyyə yükünü yüngülləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan T.Müller 2000-ci ildən bu komandanın formasını geyinir. M.Noyer isə 2011-ci ildən Münxen təmsilçisinin qapısını qoruyur.
Son xəbərlər
17:01
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Qarabağ
16:55
Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib
Futbol
16:52
Foto
Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub
Daxili siyasət
16:50
Foto
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib
Sosial müdafiə
16:46
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
Region
16:45
Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq
Xarici siyasət
16:37
Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışını edəcəyik
Xarici siyasət
16:33
Foto
Video
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj
Hərbi
16:27
Azərbaycanın U-20 millisinin Qəbələdə və Bakıda təlim-məşq toplanışı olacaq
Futbol