"Bavariya" İspaniya millisinin üzvü üçün danışıqlara başlayıb
Futbol
- 12 iyun, 2025
- 09:04
Almaniyanın "Bavariya" klubu İspaniya təmsilçisi "Atletik"də çıxış edən Niko Uilyamsla danışıqlara başlayıb.
"Report" "Sky Sport Germany" nəşrinə istinadən xəbər verir ki, danışıqları Münhen təmsilçisinin idman direktorları Maks Eberl və Kristof Froyd aparırlar.
İspaniya millisinin üzvü Almaniya nəhənginə keçməyə qarşı deyil. 22 yaşlı vingerin agentləri onun maaşla bağlı tələblərini təqdim ediblər. Bu da təxminən 20 milyon avro təşkil edir. La Liqa təmsilçisi isə Uilyamsın transferindən 60-65 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Niko Uilyamsın "Atletik"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Son xəbərlər
11:06
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar
Xarici siyasət11:06
Fərid Qayıbov: "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır"
Fərdi11:02
Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Sənaye10:56
Foto
Azərbaycan oxatanları Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusda medal qazanıblar
Fərdi10:53
Foto
AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib
İnfrastruktur10:52
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Hadisə10:51
DSMF avqustda 36 minə yaxın vətəndaş müraciətini cavablandırıb
Maliyyə10:44
Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
Elm və təhsil10:42