Bakı. 27 fevral. REPORT.AZ/ Almaniyanın “Bavariya” klubu iki futbolçu ilə razılıq əldə edib.
“Report” “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi hücumçu Timo Verner və müdafiəçi Lukas Ernandeslə şəxsi müqaviləni razılaşdırıb.
“Bavariya” bu futbolçuların klubları – müvafiq olaraq Almaniya “Leyptsiq”i və İspaniya “Atletiko”su ilə də ortaq məxrəcə gələ bilsə, hər iki transfer yay fasiləsində reallaşacaq.
Qeyd edək ki, “Bavariya” cari mövsümün sonunda Frank Riberi və Aryen Robbenlə vidalaşacaq.