"Bavariya" hücumçusu ilə müqaviləni uzadıb

"Bavariya" hücumçusu ilə müqaviləni uzadıb Almaniya "Bavariya"sı futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.
Futbol
3 May , 2022 16:08
Bavariya hücumçusu ilə müqaviləni uzadıb

Almaniya "Bavariya"sı futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

Münhen təmsilçisinin yetirməsi olan təcrübəli forvard indiyədək bu komandanın heyətində 624 oyunda meydana çıxıb. O, 226 qol və 242 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Tomas Müllerin "Bavariya" ilə əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatmalı idi.

Son xəbərlər

Orphus sistemi