"Bavariya" "Fənərbaxça"nı darmadağın edib

"Bavariya" "Fənərbaxça"nı darmadağın edib Almaniyanın Bavariya klubu Audi Cup turnirinin ½ final matçında Türkiyə Fənərbaxçasını darmadağın edib.
Futbol
31 İyul , 2019 02:45
Bavariya Fənərbaxçanı darmadağın edib

Almaniyanın "Bavariya" klubu "Audi Cup" turnirinin ½ final matçında Türkiyə "Fənərbaxça"sını darmadağın edib.

“Report” xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən görüş 6:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Münhen klubunun heyətində Tomas Müller het-trik edib. Bundan əlavə Renatu Sanşeş, Leon Qoretska və Kinqsli Koman hərəyə bir dəfə fərqlənə bilib. Türkiyə klubunun təsəlli qolunu alman forvard Maks Kruze vurub.

"Bavariya" bu qələbə sayəsində finala vəsiqə qazanıb və əsas matçda İngiltərə "Tottenhem Hotspur"u ilə qarşılaşacaq. Oyun 31 iyul Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi