"Bavariya" ev oyunlarını azarkeşsiz keçirə bilər

"Bavariya" ev oyunlarını azarkeşsiz keçirə bilər Almaniya Bundesliqasının oyunlarında azarkeş sayı ilə bağlı məhdudiyyət tətbiq olunacaq.
Futbol
1180
2 Dekabr , 2021 21:23
Bavariya ev oyunlarını azarkeşsiz keçirə bilər

Almaniya Bundesliqasının oyunlarında azarkeş sayı ilə bağlı məhdudiyyət tətbiq olunacaq.

"Report" "Kicker" nəşrinə istinadən xəbər verir ki, bu, ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlıdır.

İddiaya görə, stadionlara 15 mindən çox tərəfdar buraxılmayacaq. Eyni zamanda, bəzi bölgələrdə matçların azarkeşlərlə keçirilməsi qadağan olunacaq. Onların arasında Münhen şəhəri də var. Bu halda, "Bavariya" klubu ev matçlarını boş tribunalar qarşısında oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, hazırda "Bavariya" 31 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi