"Bavariya" əfsanəvi həkimi ilə vidalaşır - RƏSMİ

"Bavariya" əfsanəvi həkimi ilə vidalaşır - RƏSMİ Almaniya Bavariyası komandanın həkimi Müller Volfartla yollarını ayırır.
Futbol
12 İyun , 2020 20:52
Bavariya əfsanəvi həkimi ilə vidalaşır - RƏSMİ

Almaniya "Bavariya"sı komandanın həkimi Müller Volfartla yollarını ayırır.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 1977-ci ildən klubda çalışan 78 yaşlı tibb işçisi iyunun 30-da vəzifəsindən gedəcək.

O, bundan sonra fəaliyyətini özünə məxsus klinikada davam etdirəcək.

Bundesliqanın lideri 40 illik əməkdaşına xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, 2015-ci ildə "Bavariya"nın o vaxtkı baş məşqçisi Xosep Qvardiola ilə mübahisə etdikdən sonra istefa verən Volfart 2 il sonra yenidən öz vəzifəsinə qayıtmışdı.

Son xəbərlər

Orphus sistemi