"Bavariya" daha bir futbolçu ilə vidalaşır - RƏSMİ

"Bavariya" daha bir futbolçu ilə vidalaşır - RƏSMİ David Alaba və Jerom Boatenqdən sonra Xavi Martines də Münhen təmsilçisini tərk edəcək
Futbol
4 May , 2021 18:04
Bavariya daha bir futbolçu ilə vidalaşır - RƏSMİ
Xavi Martines

Almaniya "Bavariya"sı cari mövsümün sonunda daha bir futbolçu ilə yollarını ayıracaq.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, David Alaba və Jerom Boatenqdən sonra Xavi Martines də Münhen təmsilçisini tərk edəcək.

İspaniyalı yarımmüdafiəçinin iyunda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 32 yaşlı oyunçu 2012-ci ildən "Bavariya"da çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi