"Bavariya" "Barselona"nın 4 futbolçusunu istəyir

"Bavariya" "Barselona"nın 4 futbolçusunu istəyir Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sında çıxış edən 4 futbolçu ilə maraqlanır
Futbol
11 Oktyabr , 2021 11:09
Bavariya Barselonanın 4 futbolçusunu istəyir

Almaniyanın "Bavariya" klubu İspaniya "Barselona"sında çıxış edən 4 futbolçu ilə maraqlanır.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi qapıçı Mark-Andre Ter Ştegen, müdafiəçi Serjinyo Dest, həmçinin yarımmüdafiəçilər Frenki de Yonq və Pedrini heyətinə qatmaq istəyir.

Ölkə çempionu Ter Ştegenin Manuel Noyeri uzun müddət əvəzləyə biləcəyi düşünür.

Qeyd edək ki, "Barselona" 2020/2021 mövsümü üçün maliyyə hesabatında kluba 481 milyon avro məbləğində ziyan dəydiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi