"Bavariya" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Bavariya" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq Almaniya "Bavariya"sının 3 aparıcı futbolçusu UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda İspaniyada "Atletiko"ya qarşı keçiriləcək oyunu buraxacaq.
Futbol
618
30 Noyabr , 2020 19:22
Bavariya Atletiko ilə oyuna ciddi itkilərlə çıxacaq

Almaniya "Bavariya"sının 3 aparıcı futbolçusu UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda İspaniyada "Atletiko"ya qarşı keçiriləcək oyunu buraxacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik qarşılaşma öncəsi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovski zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcək. Digər zədəli Korenten Tolisso da hələ bərpa prosesini başa vurmayıb.

Qeyd edək ki, dekabrın 1-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk 4 turda maksimum nəticə qazanan "Bavariya" artıq 1/8 finala vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi